CRM sisteminin hazırlanması
Müştəri bazası, müraciətlərin izlənməsi və satış mərhələlərinin idarəsi.
Şirkətinizin satış, müştəri və daxili proseslərini vahid sistemdə idarə edirik. Mövcud CRM-inizi isə veb saytınızla birləşdiririk.
Müştəri sorğuları poçtda, sifarişlər cədvəllərdə, hesablar ayrı proqramda olanda komanda eyni məlumatı təkrar-təkrar daxil edir və səhvlər qaçılmaz olur. ERP (müəssisə resurslarının idarəsi) və CRM (müştəri münasibətlərinin idarəsi) sistemləri bu məlumatı bir yerdə toplayır.
Biz sizin proseslərinizə uyğun sistem hazırlayırıq və ya mövcud CRM-i veb saytla əlaqələndiririk: saytdakı müraciət və sifarişlər avtomatik olaraq sistemə düşür, komanda isə əl işindən azad olur.
Müştəri bazası, müraciətlərin izlənməsi və satış mərhələlərinin idarəsi.
Satış, anbar, maliyyə və digər daxili proseslərin vahid idarəsi.
Saytdakı forma, sifariş və müraciətlərin CRM-ə avtomatik ötürülməsi.
Mühasibat, ödəniş və digər proqramlarla məlumat mübadiləsi.
Satış və fəaliyyət göstəricilərinin aydın şəkildə izlənməsi.
Hər əməkdaşın yalnız lazım olan məlumatı görməsi.
Cədvəllərdən və köhnə sistemlərdən məlumatın yeni sistemə keçirilməsi.
Komandanın sistemə öyrəşməsi və 7/24 texniki dəstək.
İşin hazırda necə getdiyini və hansı hissələrin sistemə keçməli olduğunu müəyyənləşdiririk.
Modulları, rolları və inteqrasiyaları razılaşdırırıq.
Sistem qurulur, real ssenarilərlə yoxlanılır.
Məlumat köçürülür, komanda öyrədilir, dəstək davam edir.
Qiymət layihənin tələblərindən asılıdır. Tələblərinizi öyrəndikdən sonra yazılı qiymət təklifi göndəririk.
CRM müştərilərlə münasibətləri və satışı idarə edir. ERP isə şirkətin satış, anbar, maliyyə kimi daxili proseslərini əhatə edir. Çox vaxt biznes əvvəlcə CRM ilə başlayır.
Bəli. Mövcud CRM-in imkanlarına görə sayt formaları, sifarişlər və müraciətlər API vasitəsilə sistemə ötürülə bilər.
Bəli. Əvvəlcə işinizin axınını təhlil edir, sonra sistemi ona uyğun qururuq.
Bəli. 7/24 texniki dəstək göstəririk.
Sizə uyğun gün və saatı seçin. Görüşdə layihənizi dinləyib qiyməti birlikdə müəyyənləşdirək.
Əvvəlcə təqvimdən gün seçin.