Saytların və proqramların hazırlanması
Veb saytların, mobil tətbiqlərin və proqram təminatının hazırlanması. Brendinizi rəqəmsal dünyaya çıxarırıq: 17 ildən artıq təcrübə, 350+ hazır sayt, 7/24 dəstək.
Veb saytların, mobil tətbiqlərin və proqram təminatının hazırlanması. Brendinizi rəqəmsal dünyaya çıxarırıq: 17 ildən artıq təcrübə, 350+ hazır sayt, 7/24 dəstək.
Dövlət qurumlarından özəl şirkətlərə qədər, bizə etibar edən tərəfdaşlarımız.
Müştərilərimizə müxtəlif mürəkkəblik səviyyələrində yüksək keyfiyyətli və təsirli rəqəmsal həllər təqdim edirik.
Korporativ təqdimatdan onlayn mağazaya qədər, işinizə uyğun veb həll.
Saytınızla uyğun işləyən mobil tətbiqlər.
Məhsulunuzu və xidmətinizi düzgün auditoriyaya çatdırırıq.
Sosial şəbəkələrdə ardıcıl və sistemli mövcudluq.
Brendinizi tanınan və yadda qalan edirik.
Satış və müştəri proseslərini vahid sistemdə idarə edin, mövcud CRM-i saytla birləşdirin.
Platformalarımıza süni intellekt tətbiq edərək idarəetməni və gündəlik işləri daha sürətli, daha ağıllı edirik.
Veb saytlarımıza, mobil tətbiqlərimizə və marketinq xidmətlərimizə süni intellekt modulları əlavə edirik. Tətbiq mərhələli aparılır, nəticə isə hər addımda ölçülür.
Dövlət qurumları, assosiasiyalar və media üçün hazırladığımız saytlar.
Sayt və proqram hazırlanması haqqında ən çox verilən suallar.
Müddət layihənin həcmindən və funksiyalarından asılıdır. Sadə təqdimat saytı ilə onlayn mağaza və ya ödəniş sistemi olan layihə fərqli vaxt tələb edir. Tələblərinizi öyrəndikdən sonra dəqiq müddəti qiymət təklifində göstəririk.
Qiymətə saytın növü (korporativ sayt, onlayn mağaza, xəbər saytı), dizaynın mürəkkəbliyi, dil sayı, onlayn ödəniş kimi inteqrasiyalar və əlavə xidmətlər təsir edir. Qiymət təklifi üçün formanı doldurun, sizinlə əlaqə saxlayaq.
Bəli. Xəbər tətbiqləri, onlayn mağaza və onlayn ödəniş sistemləri kimi mobil proqramlar hazırlayırıq. Mobil proqram saytınızla birlikdə də işləyə bilər.
Bəli. Onlayn mağazaların və onlayn ödəniş sistemlərinin qurulması xidmətlərimizə daxildir.
Bəli. SEO xidmətimiz texniki optimallaşdırmanı, başlıqların və mətnlərin düzgün qurulmasını əhatə edir. Heç kim Google-da birinci yeri zəmanət verə bilməz, amma düzgün qurulmuş sayt yaxşı əsas yaradır.
Bəli. Müştərilərimizə 7/24 texniki dəstək göstəririk.
Bəli. Satış, müştəri və daxili prosesləri idarə edən ERP və CRM sistemləri hazırlayır, mövcud CRM-i isə veb saytınızla inteqrasiya edirik.
Crox AI saytlara, mobil proqramlara və biznes proseslərinə süni intellekt əlavə edən istiqamətimizdir: virtual köməkçilər, avtomatlaşdırma və məlumat təhlili.
Sizə uyğun gün və saatı seçin. Görüşdə layihənizi dinləyib qiyməti birlikdə müəyyənləşdirək.
Əvvəlcə təqvimdən gün seçin.